Yaponlar robota “yox”, insana “hə” deyirlər

img2065169Yaponiyada indiyədək robotların görməli olduğu işi insanlar görür; işıqforun yerinə yol polisi əməkdaşı işləyir, ofis kompüterlərində isə yaşı 10 ili keçmiş proqram təminatından hələ də istifadə olunur. 
BBC-nin araşdırmasına görə, mağazalarda indiyədək faks və kaset maqnitofonlarına rast gəlmək olar. Hətta “Sony” kimi nəhəng şirkət də indinin özündə faks maşınlardan istifadə edir. “Yaponiya şirkətləri informasiya texnologiyalarının tətbiqi baxımından xarici rəqiblərindən 5-10 il geri qalır”,- deyə kompüter sistemləri sahəsində ixtisaslaşan “Starfighter” şirkətinin başçısı Patrik McKenzi deyir.
Yaponiyadakı dükanlarda ödənişi mobil telefon vasitəsilə etmək mümkün olsa da, şirkətlərdə bu üsuldan istifadə edənlərə, Skype və ya Dropbox proqramlarını işlədənə rast gəlmək demək olar ki, mümkün deyil. Bununla belə, Yaponiya dünyada ən geniş inkişaf etmiş internet infrastrukturuna malikdir.
Tokiodakı “Interarrows” İT şirkətinin prezidenti Jodzsi Otokozava bu cür vəziyyətin səbəbini ölkədə xırda biznesin həcm etibarı ilə iri korporativ biznesi xeyli üstələməsində görür.
“İndiyədək bizə məktublar poçt vasitəsilə gəlir, əllə yazılmış fakslar göndərilir, partnyorlarımız hətta Word proqramından istifadə edə bilmirlər”, – deyə Jodzsi Otokozava deyir. Kompüter əvəzinə insan əməyindən istifadə etmək mümkün olan sahələrdə Yaponiya şirkətləri innovasiyalar tətbiq etməyə tələsmirlər. Görünür, məhz bu cür yanaşma sayəsində Yaponiyada işsizlik rekord dərəcədə aşağı səviyyədə – 3.4 faiz olaraq qalmaqdadır. Getdikcə daha çox intellektual kapital iqtisadiyyatına keçməyə səy göstərən müasir dünyada, aydındır kı, süni intellektin, robotların və iş yerlərinin kömpüterləşdirilməsi tendensiyasının qarşısını almaq çətindir.
 
Musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR