Yazıçının stulu 400 minə satıldı

img2049802 (1)İngilis yazıçı C.K.Roulinqin “Harri Potter” fantastik roman seriyasını yazdığı stul 400 min dollara satılıb.

Axar.az xəbər verir ki, Nyu Yorkda təşkil edilən hərracda Roulinqin “Harri Potter və Fəlsəfə daşı” və “Harri Potter və Sirlər otağı”nı yazdığı stul öz sahibini tapıb.   Stulun üzərinə Roulinqin öz əli ilə yazdığı “Harri Potteri bu stulda əyləşərək yazdım” ifadəsi yer alıb.
Qeyd edək ki, “Harri Potter” seriyası əsasında çəkilən 8 film bu günə qədər 8 milyard dollar gəlir gətirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR