“YouTube” istifadəçilərinə bəd xəbər

youtube_0258“YouTube” istifadəçilərinə bir şad və bir bəd xəbərimiz var

Türkiyə mətbuatının yazdığına görə, məşhur şirkət izləyiciləri üçün iki yenilik hazırlayıb. Əvvəlcə keçək pis xəbərə: “Bumper ads” adlanan yenilik sayəsində may ayından etibarən artıq videoların arasına əlavə edilən reklamları ötürmək imkanı olmayacaq. Təqdim edilməyə hazırlanan bu reklamları sona qədər izləmək məcburiyyətində olacağıq. Qeyd edək ki, bu yenilik əsasən mobil telefon və planşetləri “hədəf” alıb.

Yaxşı xəbər isə odur ki, artıq “YouTube”un iOS ve Android tətbiqlərində maraqlı videoların tapılması asanlaşdırılacaq. Videoların qısa fraqmenti daha iri ölçüdə təqdim ediləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR