YPG rus zabitin cəsədini Rusiyaya verdi

img2067645PKK-nın Suriya qolu YPG silahlıları Palmirada öldürülmüş baş leytenant Aleksandr Proxorenkonun cəsədini Rusiya hakimiyyətinə təhvil veriblər.
Avropa.info xəbər verir ki, bu barədə YPG-nin rəsmi nümayəndəsi Ridur Xəlil məlumat verib. Baş leytenant Proxorenko Palmuiranın bombalanması zamanı Palmira yaxınlığında öldürülmüşdü. Rus xüsusi təyinatlısının cəsədi İŞİD-in əlinə keçmişdi. YPG İŞİD-lə danışıqlara gedərək zabiti geri ala bilib.
Hərbçinin ölümü haqda məlumatı Rusiya Müdafiə Nazirliyi 24 mart tarixində təsdiqləmişdi. Hərbçi Rusiya milli qəhrəmanı adına layiq görülüb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR