Ombudsman Aparatı korrupsiya haqqında şikayətləri araşdırmır?

2015-12-17-13-32-16ayyy-1Mayın 2-də kavkaznews.az saytında “Baş prokurluq korrupsiya haqqında şikayətləri cavabsız qoymağa davam edir” başlıqlı yazı dərc olunmuşdu.

Həmin yazıda 38 saylı bağçanın sabiq tərbiyəçisi Aynur Mahmudovadan sitat gətirilirdi.

Həmin yazıda deyilirdi ki, bu günlərdə Yasamal rayonu, Ş.Qurbanov, 5 ünvanında yerləşən 38 saylı Uşaq Bağçasının keçmiş tərbiyəçisi Aynur Mahmudova Qafqaznews.az-a müraciət edib. O, bu yaxınlarda adıkeçən bağçanın direktoru Sədaqət Qəribova tərəfindən qanunsuz olaraq işdən azad olunduğunu bildirib. 22 illik peşə təcrübəsinə malik olduğunu deyən A.Mahmudova bunu bağçadakı qanunsuzluqlar, pul yığımına etiraz etməsi ilə əlaqələndirib.img1264930-1-1-1-1-1

“Martın 3-də mən 38 saylı bağçanın direktoru Sədaqət Qəribova tərəfindən qeyri-peşəkarlıq bəhanəsi ilə işdən çıxarılmışam. Amma işdən çıxarılmağımın əsl səbəbi o idi ki, mən uşaqların valideynlərindən “aylıq” toplamaqdan imtina etmişdim”, – deyə A.Mahmudova bildirib.

A.Mahmudovanın sözlərinə görə, “aylığ”ın məbləği 30-50 manatdır. “Bu pulun yığılması ilə tərbiyəçilər məşğul olur. Pullar direktor Sədaqət Qəribovaya verilir. S.Qəribova bəyan edir ki, onun arxasında qohumu, sabiq deputat Ərəstun Cavadov durur”, – deyə A.Mahmudova vurğulayıb.

Sabiq tərbiyəçi kavkazkews.az-a bildirib ki, cari normalara görə, uşaq bağçasında hər qrup 20 uşaqdan ibarət olmalıdır: “Amma faktiki olaraq, hər qrupda 30-a yaxın şagird var. Buna görə də, bəzən uşaqların ikisi bir çarpayıda yatmalı olur”. 38 saylı Uşaq Bağçasının direktoru Sədaqət Qəribova isə A.Mahmudovanın sözlərini kavkazkews.az-a belə şərh edib: “Onun dedikləri tamamilə yalandır” “38 saylı Uşaq Bağçasında heç bir “aylıq” yığımı yoxdur. Hər qrup qaydalara uyğun olaraq 20 uşaqdan ibarətdir. Bizdə iki uşağın bir çarpayıda yatması halı yoxdur”, – deyə direktor kavkaznews.az-a bildirib. Biz həmçinin sözügedən məktəbəqədər təhsil müəssisəsindəki uşaqların valideynlərinin fikrini öyrənməyə çalışdıq.
12957126_969750096424566_132449918_n-1-2-1-1-1-1Valideynlər Aytən Hüseynova və Günel Abbasova sabiq tərbiyəçinin sözlərini təsdiqləyiblər. Onların sözlərinə görə, bağçaya uşaq qoymaq 300-400 manata başa gəlir,bir qrupdan başqa qrupa köçürmənin “qiyməti” isə 100 manatdır.

A.Mahmudovanın sözlərinə görə, o və bir neçə valideyn Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət ediblər.

“Bu şikayət Bakı ŞİH-in Uşaq Evləri və Məktəbəqədər Müəssisələr İdarəsinə göndərilib”, – deyə A.Mahmudova qeyd edib.

BŞİH yanında Uşaq Evləri və Məktəbəqədər Təhsil Müəssisələri İdarəsinin rəis müavini Fəxrəndə xanımın fikrini öyrənməyə çalışdıq (təəssüf ki, soyadını bildirmədi – red.). “Biz bu şikayəti yoxladıq, təsdiqini tapmadı”, – deyə Fəxrəndə xanım kavkaznews.az-a bildirdi.

“Valideynlərlə görüşdünüzmü?” deyə soruşduq. “Bəli”, – deyə Fəxrəndə xanım təsdiqlədi. “Və onlar deyiblər ki, 38 saylı bağçada rüşvətxorluq haqqında məlumat həqiqətə uyğun deyil?”, – deyə soruşduq. “Bəli, onlar belə də deyiblər” – deyə BŞİH nümayəndəsi cavab verdi.

“Siz valideynlərdən kimlərlə görüşdünüz?” deyə soruşduqda Fəxrəndə xanım dəstəyi asdı: “Sizin suallara cavab vermək istəmirəm”.

Xatırladaq ki, 38 saylı bağçada təhsil alan uşaqlardan birinin valideyni Aytən Hüseynova Ombudsman Aparatına məktubla müraciət edərək, sözügedən bağçada baş verənlərlə bağlı yoxlama aparmağı xahiş edib.

Mayın 6-da A.Hüseynova bizə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının cavabını təqdim etdi.

Məktubda bildirilir ki, şikayətə baxmaq Bakı ŞİH-ə həvalə olunub.

“Aparılan araşdırmalar zamanı, 38 saylı uşaq bağçasında uşaqların sayının normadan çox olması və valideynlərdən aylıq ödəniş tələb olunması barədə məlumatlar öz təsdiqini tapmayıb. Valideynlər Bakı ŞİH nümayəndələrinə bildirib ki, onların övladları 38 saylı Körpələr Evi- Uşaq Bağçasında heç bir problemlə üzləşməyib. Onlar həmçinin bildiriblər ki, heç bir aylıq ödəniş ödəmirlər və bağçada gigiyenik şərait yüksək səviyyədədir”, – deyə məktubda yazılıb.IMG-20160405-WA0005-2

Xatırladaq ki, valideynlər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə də şikayət ediblər, amma şikayət Bakı ŞİH-ə göndərilib.Görəsən, Ombudsman aparatı niyə bu məqamla da maraqlanmayıb?

“Aytən Hüseynova öz şikayətində Korrupsiyaya qarşı Mübarizə İdarəsinə də müraciət etdiyini qeyd etməyib”, – deyə Ombudsman aparatının əməkdaşı Adil Eyvazov bildirib.

Lakin Aytən Hüseynova bildirdi ki, öz məktubunda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə də müraciət etdiyini, onların isə bu müraciətə baxmaq istəmədiyini yazıb.

“Mən bu şikaseadet-benenyarli02.02.2012-300x223-1-300x223-1yətlə tanış deyiləm. Onu araşdırmaq başqa əməkdaşımıza tapşırılıb”, – deyə Adil Eyvazov kavkaznews.az saytına bildirib.

Hüquq müdafiəçisi Səadət Bənənyarlının fikrincə, əgər şikayətçilər Ombudsman Aparatının əməkdaşının cavabından narazıdırsa, o zaman daha yuxarı instansiyaya müraciət etməlidirlər.

Aytən Hüseynova bildirib ki, artıq Ombudsman Aparatının “qaynar xətt”inə zəng edib və öz narazılığını ifadə edib.

R.Həsənoğlu

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR