Laqard: “Korrupsiya dünya iqtisadiyyatına 2 trilyon dollar məbləğində ziyan vurur”

11698f6563714c79105ed8874dfa8f05Korrupsiya dünya iqtisadiyyatına 1,5-2 trilyon dollar məbləğində ziyan vurur.

“APA-Economics” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristin Laqard deyib.

K. Laqard qeyd edib ki, korrupsiyanın iqtisadiyyata birbaşa təsirləri məlum olsa da, dolayı təsirləri daha böyük ola bilər: “Bizim tədqiqatlarımız göstərir ki, korrupsiya dövlət xərclərinin artmasına, o cümlədən dövlət büdcəsi hesabına göstərilən xidmətlərin keyfiyyətinin pisləşməsinə səbəb olur. Bütün bunlar inflyasiyanın səviyyəsinə mənfi təsir edir. Nəhayət, korrupsiya dövlətlərin maliyyə bazarlarına çıxışını çətinləşdirir”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR