Konsitusiya Məhkəməsi işlər müdirinin rəis qardaşı DİN-dən qovuldu

Безымянный copyDaxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakının Qaradağ rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisini və daha 7 əməkdaşı sərt şəkildə cəzalandırıb. Avtosfer.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliynin Daxili Təhqiqət İdarəsinin əməkdaşları daxil olmuş çoxsaylı müraciətlər və şikayətlər əsasında Qaradağ rayon Yol Polisi Şöbəsində araşdırmalar aparıblar. Araşdırmalar nəticəsində Qaradağ rayon DYPŞ-də ciddi qanun pozuntularına yol verildiyi, vətəndaşlara qarşı əsassız tələblər irəli sürüldüyü və digər hüquqazidd əməllərin üstü açılıb.12596005_1708067436119793_1004536606_n-1-1-1

Bundan sonra daxili işlər naziri Ramil Usubovun əmri ilə Qaradağ rayon DYPŞ-nin rəisi Sabir Hümbətov və onun bir müavini, həmçinin inzibati təcrübə üzrə baş inspektor tutduğu vəzifədən kənarlaşdırılmaqla yanaşı, daxili işlər orqanlarından xaric edilib. Bundan əlavə, həmin şöbənin daha 5 əməkdaşı da “töhmət”, “şiddətli töhmət” cəzaları verilməklə işdən çıxarılıblar. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a açıqlamasında Qaradağ rayon DYPŞ-dən 8 nəfərin işdən çıxarıldığını, onlardan 3 nəfərin daxili işlər orqanlarından kənarlaşdırıldığını təsdiq edib. Avtosfer.az qeyd edir ki, daxili işlər orqanlarından qovulan DYPŞ rəisi Sabir Hüm35174bətov Səbail rayon Polisi İdarəsinin rəis müavini, polkovnik Füzuli Hümbətovun qardaşıdır.

Qafqaznews.az bildirir ki, işdən qovulan DYPŞ rəisi Sabir yox, Sahib Hümbətovdur. Aprelin 25-də Qafqaznews.az saytında “Konstitusiya Məhkəməsi işlər müdirinin adı sələm qalmaqalında” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda bildirilir ki,E.Axundov Bakıda lombard və qızıl mağazalarının sahibi olan Sidqi Abbasovdan 30 min manat borc istəyib: “O mənə dedi ki, məndə Akif müəllimin pulu var, onu sənə faizlə, ipoteka müqaviləsi ilə verə bilərəm. 2013-cü il iyunun 4-də bağlanan müqavilədə tərəflər anam Marus Yevda qızı Axundova və Sidqinin əmisioğlu Abbasov Xaqani Mikayıl oğlu oldu. Girov olaraq anamın adına olan, Əlövsət Quliyev küçəsi, ev 133-də yerləşən, 53 saylı mənzili girov qoyduq. Mənzilin qiyməti 300 min manatdan çox olsa da, qiymətləndirmədə 35 min manat yazdılar. Sidqi mənzilə baxmağa Akif Hümbətovla birlikdə gəlmişdi. Borcun müddəti iki il olsa da, mən il yarım ərzində onun borcunu tam şəkildə ödədim, hətta 9 min faiz ödənişini də verd13101296_1708073009452569_351669710_n-1im. Şahidlərim və sübutlarım da var. Sonuncu dəfə dostum Olim aparıb ona pulu əlbəəl verib, deyib ki, gedək notariusda mənzili girovdan çıxaraq, o isə “qadın Azərbaycana gəlsin, özünün iştirakı lazımdır” deyə bəhanəylə boyun qaçırıb. Bir müddət sonra isə Almaniyadakı ortaqlığımız tutmadı, Sidqi məndən xəbərsiz şirkətin nizamnamə kapitalını – 25 min avronu da götürdü, hələ mənzili də mənimsədi.. O, bizim iştirakımız olmadan Nəsimi Rayon Məhkəməsində məhkəmə açıb və hakim Etibar Hümbətov onun xeyrinə qərar çıxarıb. Mənim oğlum da təhlükədədir, bankda çalışır, Sidqi onun cibinə narkotik atdırıb tutdurmaq istəyir”13181207_1713553618904508_1828532337_n, – deyə E.Axundov bildirib.

Qeyd edək ki, mayın 5-də Legion.az-ın apardığı araşdırmalar nəticəsində məlum olub ki, Füzuli Hümbətov tutduğu vəzifədən əvvəl Səbail RPİ-nin 8-ci polis bölməsinin rəisi vəzifəsində işləyib. Bölmə rəisi vəzifəsindən əvvəl isə, o, DİN-nin Baş MCMİ-də əməliyyat müvəkkili kimi ştatda olub, ancaq Milli Məclisə ezam olunaraq mərhum spiker Murtuz Ələsgərovun cangüdəni vəzifəsində xidmət edib. Yazıda həmçinin qeyd olunurdu: “Burada bir sual yaranır: axı, Sidqi Abbasov kiminsə cibinə narkotik atdıracaq qədər imkanlara necə sahib olub? Bəlkə, elə iddia olunduğu kimi, bir Hümbətovun adından sələmə pul verən, başqa Hümbətovun vasitəsilə mənzil sahibinin iştirakı olmadan məhkəmə qazanan Sidqi Abbasovbu dəfə “narkotiklə həbs etdirmək” variantını da məhz polis Hümbətov vasitəsilə reallaşdırmaq niyyətindədir? Bəlkə, bu təsadüfdür? Niyə məhz Sidqi Abbasovun adı davamlı olaraq Hümbətovlarla hallanır? Əvvəl yüksək vəzifəli məmur Akif Hümbətov, sonra Nəsimi rayonunda hakim Etibar Hümbətov, indi isə Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini, polis polkovniki Füzuli Hümbətov?”.

Göründüyü kimi, Hümbətovların qohum-məmur şəbəkəsi yetərincə böyükdür. Araşdırmamız davam edir…

Sənan Məmmədli

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR