Ekologiya və Təbii Sərvətlər Nazirliyi ayıların populyasiyasını tənzimləmir?

rabstol_net_bears_06Mayın 26-da Oğuz rayonunda meşədən bir ayının Xalxal kəndinə hücum etdiyi bildirilir. Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev məlumat verib. O bildirib ki, kənd camaatı səs-küy salmaqla ayını meşə sahəsinə qaytarmağa cəhd etsə də, ayı kəndə daxil olub. Bir inəyə xəsarət yetirib, bir avtomobilə ziyan vurub. Raqub Mirzəyev qeyd edib ki, ayı sonra uşaq bağçasının həyətinə daxil olub: “Həmin vaxt orada 50-dən çox uşaq olub. Belə olan halda həmin bağçanın yanında yaşayan Fazil Şükürov ayıya atəş açaraq öldürüb. Xoşbəxtlikdən heç bir uşaq xəsarət almayıb” (APA). SSRİ vaxtında ayıların sayı kəskin halda artdıqda onlar güllələnirdi. Əldə olunan ayı xəzlərini ovçular dövlətə satırdılar. Bir ayı xəzinin qiyməti 70 sovet rublu idi (activestudy.info).

Biz aydınlaşdırmaq istədik, Azərbaycanda ayıların populyasiyası necə tənzimlənir. Ovçular Cəmiyyəti İdarə Heyətinin sədr müavini Tahiq Rəsulov bildirib ki, Azərbaycanda ayı çox olub.

“Buna görə, aydın deyil, Ekologiya və Təbii Sərvətlər Nazirliyi niyə ayıları “Qırmızı kitab”a salıb və güllələnməsini qadağan edib?!”, – deyə R.Təsulov vurğulayıb. Onun fikrincə, ETSN-in ayıları qırmızı kitaba salması sual doğurur: “Ayılar ki, nəsli tükənən növ deyil”.

O qeyd edib ki, ETSN-in bu addımı ilə ayıların sayı artmaqdadır. “Fikrimcə, gələcəkdə ayıların insanlara hücum halları daha da artmış olacaq”, – deyə Tahir Rəsulov vurğulayıb.

R.Həsənoğlu

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR