Ölkə mətbuatı Rafiq Quliyevin villasından danışır – FOTOLAR,VİDEO

a4badf6296ce copyMayın 19-da “Xətai RİH başçısının müavini hansı pullarla villa tikdirib?” başlıqlı yazımızda Xətai rayonu icra başçısının müavini Rafiq Quliyevin villasından söz açmışdıq. Bu günlərdə kavkaznews.az saytına Xətai rayon ərazisində yaşayan bir xanım müraciət edib (o, ad-soyadının yazılmamasını xahiş edib – red.). Onun sözlərinə görə, Xətai RİH onun evini sökməyə hazırlaşdığını eşidib və xahiş edib ki, onun nə qədər təzminat ala biləcəyini öyrənək. Bizim əməkdaş onunla birlikdə Xətai RİH-ə baş çəkib, yerli özünüidarəetmə orqanları və ərazilərin idarəsi şöbəsinin müdiri Zaməddin Əkbərovla görüşüb. Z.Əkbərov bildirib ki, bizə müraciət edən Xətai sakininin evi sökülməyəcək.

“Mən o ərazini tanıyıram. Xətai RİH başçısının müavini Rafiq Quliyevin də üçmərtəbəli evi də orda yerləşir”, – deyə Z.Əkbərov bildirib. Stop! Bizim məmurların korrupsiyaya qurşanması çoxdan dillərdə əzbər olub. Amma bizə yenə də maraqlı gəlir, Rafiq Quliyev özünə üçmərtəbəli villanı hansı vəsaitlərlə tikib? 2016-cı ilin fevral-mart aylarında Qafqaznews.azKavkaznews.az saytlarında sahibkar xanım Sevinc Hacıyevanın mülkiyyət hüquqlarının pozulması ilə bağlı bir neçə yazı dərc edilmişdi. Fevralın 11-də Xətai RİH nümayəndələri tərəfindən “KAT” MTK ərazisində avtomobillərə xidmət məntəqəsinin sökülməsi barədə Kavkaznews.az xəbə777c0f92-32d7-47a2-b72d-51b5e07ea13cr vermiş, bu məsələ ilə bağlı müxtəlif şəxslərdən açıqlama alaraq, dəfələrlə dərc etmişdi. Bununla yanaşı, xatırladaq ki, bu müəssisə Xətai RİH-in 9 mart 2005-ci il tarixli sərəncamına əsasən tikilib. 2015-ci il iyulun 13-də Xətai Rayon Məhkəməsi S.Hacıyevanın bu obyekti inşa etmək hüququnu tanıyıb. Göründüyü kimi, kiçik sahibkarların qəniminə çevrilən Xətai RİH-in yüksək vəzifəli məmurları öz lüksləridən də qalmırlar. Bəlkə, icra başçısı müavinin nəinki villası, hətta rayon ərazisində böyük biznes obyekləri də var? Mayın 30-da Musavat.com saytında dərc olunan reportajda da isə həmin villanın fotoları təqdim olunub.

13220021_994142310652011_1804001065_n-1Yazıda deyilir: “Xətai rayonu, Cavanşir küçəsində yerləşən və sökülməsi gözlənilən yataqxanalar haqda reportaj hazırlamağa gedərkən bu malikanə diqqətimizi çəkdi. Kasıb, 1 otaqlı yataqxanaların arasında yerləşən bu imarət kimə lazım idi? Sanki onlara nisbət edirmiş kimi 4-5 metr hündürlükdə hasara alınmış bu imarətin sadəcə kosmetik xərclərinə 1 normal ev almaq olardı. Əvvəlcə düşündük ki, hansısa biznesmen, iş adamı buranı bəyənib və belə bir villa tikdirib. Normaldır. Amma sonra musavat.com saytı bəhs etdiyimiz ünvanda yerləşən bu malikanə barəsində maraqlı informasiya əldə edib. Məlumat mənbəyimiz adının açıqlanmasını istəməsə də, maraqlı iddialar irəli sürdü. Onun sözlərinə görə, milyonluq imarətin sahibi Xətai rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyevdir.0c9c5328d355

Rafiq Quliyev kimdir? Rafiq Quliyev uzun müddətdir ki, Xətai rayonunda işləyir. Belə ki, o, 1997-ci ildə Xətai rayon İcra Hakimiyyətində Ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri vəzifəsində çalışıb. 21 may 2012-ci ildən 19 dekabr 2013-cü ilədək İcra Hakimiyyəti Başçısının müavini, 2013-cü ilin dekabr ayından Başçının 1-ci müavini vəzifəsində çalışır. Yəni ki, bu villadan azı 4-5 ədəd almaq üçün vaxtı olub. Gördüyünüz bu fotoda, sağ tərəfdə 10 nəfərlik ailə üzvü ilə birgə 1 otaqda yaşamağa çalışan insanlar və iddialara görə, sol tərəfdə gördüyünüz villada isə sadəcə iki övladı olan və maaşla çalışan Xətai rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyev yaşayır.

5afe2d4963c0Maaşdan bəhs etmişkən, Xətai rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyev nə qədər maaş alır? Cavab çox sadədir. Rayon və şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) Gəncə və Sumqayıtda 870 manat, əhalisinin sayı 100 min nəfərdən çox olan yerli İcra Hakimiyyəti orqanlarında 790 manat, əhalisinin sayı 50-100 min nəfər olan yerli İcra Hakimiyyəti orqanlarında 775 manat maaş alır. Xətai rayonunun əhalisi 01.01.2014-cü il tarixində hesablanan statistik rəqəmlərə görə, 267.2 min nəfərdir. Yəni ki, Rafiq Quliyev 790 manat maaş alır. Bu maaşla bu villanı tikmək olarmı? Təbii ki, həmin villanın sahibinin Rafiq Quliyev olması barəsində məlumatlar sadəcə iddia olaraq qalır. Çünki bu villa həqiqətən onun olsa belə, sənədlərdə adı keçəcəyini düşünmürük. Bu, artıq alışılmış bir haldır. Bütün mal-mülk qohumların, qonşuların və ya soyadı fərqli olan yaxın insanların adına olur”. Oxucuların diqqətinə bir daha çatdırmaq istərdik ki, bizimlə söhbətində Xətai RİH-in şöbə müdiri Zaməddin Əkbərov sözügedən küçədə Rafiq Quliyevin villası olduğunu təsdiq edib.

Sənan Məmmədli

Qafqaznews.az

19fedfc945ae 361b19fd3aaa 595f582e01f9 870ae7d041cd 55878fb06f60 a4badf6296ce caa941bbecac img2095952

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR