2 nəfərin öldüyü ağır qəzanın görüntüləri yayıldı (VİDEO – FOTO)

qeza“Niva” traktorla toqquşdu: 2 ölü, 1 yaralı.
 
Qəzada məktəb direktoru öldü.
 
Qaxda “Niva markalı maşınla traktor toqquşub, hadisə nəticəsində iki nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.
Hadisə QaxŞəki yolunun birinci kilometrliyində baş verib. Şəkidən Qax istıqamətində hərəkət edən 1953cü il təvəllüdlü Şəkinin Göybülaq kənd sakini Firudin Ziyadxan oglu Təhməzov idarə etdiyi 99-HA-745 qeydiyyat nişanlı “Niva markalı avtomobili yol kənarında dayanan Qax sakini Muradov Ruslan Ümüd ogluna məxsus T-177 qeydiyyat nişanlı traktora cırpıb. Hadisə nəticəsində “Niva markalı avtomobildə olan sərnişinlər Muradova Səlihə və onun qızı Muradova Xanpəri aldıqları ağır bədən xəsarətlərindən dünyalarını dəyişiblər. Sürücü Firudin Ziyadxanov isə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti kafidir. 
 
 
Hadisə nəticəsində dünyasını dəyişən Xanpəri Muradova sürücünün həyat yoldaşı, Səlihə Muradova isə qaynanası olub. Qeyd edək ki, hadisə nəticəsində dünyasını dəyişən Xanpəri Muradova Qax rayonun İlisu kəndində Nizami Gəncəvi adına orta məktəbin direktorudur. Faktla baglı araşdırma aparılır. (Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR