2060-cı ildə bir milyarddan çox insanın yaşadığı ərazilər su altında qalacaq

01c34ec6-8c96-4314-bebc-c60410d1ba31_2922060-cı ildə bir milyarddan çox insanın yaşadığı ərazi su altında qalacaq.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu haqda Britaniyadakı “Xristianın yardımı” Humanitar Təşkilatının yeni hesabatında bildirilib.

Hesabata əsasən, təbii fəlakət daha çox ABŞ, Çin və Hisndistan ərazilərini əhatə edəcək.

Sənəddə qeyd edilib ki, qlobal iqlim dəyişməsi nəticəsində dünya okeanlarında suyun səviyyəsi qalxacaq, qasırğa və tufan olacaq. Bu isə yaşayış yerlərinin su altında qalması ilə nəticələnəcək.

Su basma halları daha çox Hindistanın Kəlküttə və Mumbay, ABŞ-ın Mayami şəhərlərində müşahidə olunacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR