3 nəfərin kəsdiyi ağac “06”nın üzərinə düşdü – Sürücü öldü

ağacMayın 28-də Şəmkir rayonunun Seyfəli kəndində bdbəxt hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, rayon sakinləri Kamal Bədəlov, Rafiq Məmmədov və Abbas adlı şəxs kənd sakini M.Musayevaya məxsus həyətyanı sahədəki 25-30 metrlik ağacı kəsib və həmin ağac yoldan keçən kənd sakini Rasif İsmayılovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin üzərinə düşüb.

R.İsmayılov hadisə yerində ölüb. K.Bədəlov və R.Məmmədov Şəmkir RPŞ əməkdaşları tərəfindən tutulublar. Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR