“40 adamı aldatmışam” – İnternetdə “silah satan” fırıldaqçı-VİDEO

Снимок“Güya ki, səhifənin yiyəsi budur”

“Şəkilləri internetdən tapıb qoyurdum”

Sosial şəbəkədən istifadə sosiallaşmaq deməkdir, ancaq son zamanlar baş verən bəzi xoşagəlməz hallar göstərir ki, informasiya-kommunikasiya texnologiyalarından və şəbəkələrdən heç də hər zaman təyinatı üzrə istifadə edilmir. Yenə çox sayda insan virtual aləmdə dələduzluğun qurbanı olub.

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində sosial şəbəkələrdə saxta profillər vasitəsi ilə özünü silah satıcısı kimi təqdim edərək çoxsaylı vətəndaşları dələduzluq yolu ilə aldadan, onların külli miqdarda pulunu ələ keçirən Şəki sakini saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, Elşən Ağaməmmədzadə sosial şəbəkədə yaratdığı səhifələrdə travmatik və pnevmatik silahların internetdən götürdüyü şəkillərini yerləşdirərək onların satışını apardığını elan edib. Silah almaq istəyən şəxslər onlayn ödəniş ediblər, Elşən Ağaməmmədzadə isə zərərəçəkənlərin pullarını banklarda olan şəxsi hesabına köçürüb və nağdlaşdıraraq ələ keçirib.

Fakta bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. (Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR