ABŞ-da daşqınlar tüğyan edir

img2096116Aramsız davam edən yağışlar fəlakətə səbəb olub.
ABŞ-ın Texas ştatında davam edən şiddətli yağış və daşqın nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. ANS PRESS-in “Tass” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ostin şəhərində xilasedicilər itkin düşmüş qadının meyitini tapıblar. Daha bir şəxsin meyitini xilasedici helikopterin heyəti aşkarlayıb.
Bundan əvvəl yerli hökumət orqanları daşqınlar nəticəsində 4 nəfərin öldüyünü təsdiq ediblər. Son günlər ərzində fasiləsiz yağan yağışlar ABŞ-ın mərkəzi bölgəsində ciddi fəsadlar törədib. Texas ştatının bir sıra yaşayış məntəqələrində daşqınlara görə fövqəladə vəziyyət elan olunub.
Daşqınlar nəticəsində Hyuston şəhərindən 112 kilometr aralıda yerləşən həbsxanada üsyan baş verib. Sel suları həbsxananın enerji təminatını sıradan çıxardığı üçün 50 məhkum qaçmağa cəhd edib. Keşikçilər say üstünlüyü hesabına üsyanın qarşısını alıb. Hökumət gələcəkdə oxşar vəziyyətlə qarşılaşmamaq üçün ətraf ərazilərdəki həbsxanaları evakuasiya edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR