​ABŞ-da məşhur NBA basketbolçusu güllələnib

9434cd31-9143-4233-9e01-5e79e5869e07_292Birləşmiş Ştatlarda “New Orlean”ın basketbolçusu Brays Dejan-Cons güllələnib

“Report” ESPN nəşrinə istinadən xəbər verir ki, idmançı qarın nahiyəsindən aldığı güllə yarasından keçinib. İnsident Dallasda qeydə alınıb.

Mənbənin məlumatına görə, faciə gecə, oyunçunun çağırılmamış polis ilə giriş qapısını təpiklə açaraq daxil olduğu evdə baş verib. Yatmış ev sahibi hay vermək çağırışlarına cavab almadıqda, Dejan-Consa atəş açıb. Yaralı binanın girişində həkimlərin gəlişini gözləyib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Brays fevral ayında “Pelikans” klubu ilə 3 illik müqavilə imzalayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR