Adları eyni olan kəndləri hansı cəhət birləşdirir? – ARAŞDIRMA

kendEL TV (Region TV) xəbər verir ki, Azərbaycanın müxtəlif  rayonlarında eyni adlı kəndlərə rast gəlmək mümkündür. Bu cür kəndlərdən biri də Salahlıdır. Belə ki, həm Yevlax rayonunda, həm də  Zərdabda Salahlı adında  kəndlər var. 

Hazırda Yevlağın Salahlı kəndində yaşayan 1936-cı il təvvəlüdlü Rəhim Əhmədov deyir ki,18-ci əsrin əvvəllərində Qazağın Daş Salahlı və Qıraq Salahlı kəndlərindən köçüb gələn müxtəlif  tayfalar burada məskunlaşıblar. 

“O vaxtı Mollalar, Talıblı, Eminli, Qaranəsibli, Göyüşlü, Nazarlı, Sadıxlılar 1764-cü ildə bura gəlib yerləşiblər. O köçün səbəbləri də gürcü basqınları zamanı o vaxtı bildiyimiz kimi qacarlar da Gürcüstan ərazisindən keçib Azərbaycana hücum eləyiblər bu basqınlardan baş götürüb gələn camaatdır burda yerləşib” – deyə kənd sakini Rəhim Əhmədov bildirib.

Rəhim Əhmədov Zərdab rayonun Salahlı kəndinin də hazırkı sakinlərinin vaxtiylə Qazax mahalından gəldiklərini deyir. İnsanlar arasında  bu kənd “Salahlı Eli” kimi də tanınır. Deyilənlərə görə bu kəndlərə verilən Salahlı adı  keçmişdə Qazax mahalında yaşamış  eyni adlı şəxslə  bağlıdır. 

Hazırda Yevlağın Salahlı kəndində1800 , Zərdabın eyni adlı yaşayış məskənində isə  530 nəfər insan yaşayır. Salahlı adında kəndlərə isə Yevlax və Zərdabla yanaşı Ağdam Samux Qazax rayonlarına da rast gəlmək mümkündür.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR