Almaniyada yeni nəsil tank nümayiş edildi – VİDEO

XV4qj5cYeni maşınlar “Leopard 2A4”ün yeni modernizə edilmiş versiyasıdır

Almaniyanın “Rheinmetall” konserni yeni “MBT Revolution” alman tankının imkanlarının nümayiş olunduğu video paylaşıb.

Oxu.Az Rosbalta istinadən xəbər verir ki, yeni maşınlar “Leopard 2A4”ün modul texnologiyasının tətbiq edilmiş yeni modernizə edilmiş versiyasıdır.

Tankın qülləsi ən öncül texnologiyanın nümunəsidir, o aktiv müdafiə sistemi ilə təchiz edilib.

Videokameralar, gecə görmə cihazları, teplovizorlar, tuşlama sistemi heyətə həm gündüz, həm də gecə saatlarında istənilən hava şəraitində ətrafı görməyə imkan verir.

“Rheinmetall” konserni artıq altı ildir ki, layihə üzərində çalışır, çarx isə nəticələr haqqında növbəti hesabat oldu. Maşın 2030-cu ildə silahlanmaya daxil olacaq.

Yeni tankın buraxılışından sonra üçün seriya istehsalatın başlayacağı, NATO dövlətlərinin ordularının mütəmadi olaraq yeni model ilə silahlanacağı gözlənilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR