“Apple” 256 Gb yaddaşlı “iPhone 7 Plus” istehsal edəcək

plus“Apple” korporasiyası “iPhone 7 Plus” smartfonunu 256 Gb daxili yaddaşla təchiz etməyi planlaşdırır

Lent.az-ın “runews24.ru” saytına istinadən məlumata görə, bu barədə internetdə dərc edilmiş yeni smartfonların şəkilləri deməyə əsas verir.
Mütəxəssislərin fikrincə, şəkillər onu deməyə əsas verir ki, yeni nəsil “Apple” cihazları məlumatları saxlamaq və toplamaq üçün 16, 64 və 256 GB həcmində yaddaşa sahib olacaqlar.
Xatırladaq ki, daha əvvəl korporasiya 16 Gb yaddaş həcminə malik həcmli smartfonların istehsalından imtina edib. Ancaq daha qənaətcil “iPhone 7” smartfon versiyalarını əldə etmək istəyən istifadəçilər bu qərarı dəstəkləməyiblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR