Aralıq dənizi 700 qaçqının canını aldı

img_2016-04-181498676382Sağ qalanları İtaliyanın Taranto və Pottsalo liman şəhərlərinə gətiriblər

Ötən həftə Aralıq dənizində bir neçə gəminin batması nəticəsində 700-dən çox miqrant həlak ola bilərdi.

Oxu.Az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlarla İş Agentliyi məlumat yayıb.

Söhbət dənizdə üzmək üçün yararsız olan gəmilərlə Avropaya çatmağa can atan qaçqınlardan gedir, deyə, Aentliyin mətbuat katibi Karlotta Semi AP-yə bildirib.

Həmin şəxslərdən 100 nəfərə yaxınının mayın 25-də, daha 550 nəfərin isə növbəti gün baş verən qəzada öldüyü ehtimal edilir.

Üçüncü gəmi qəzası isə mayın 27-də baş verib, Semi bildirib. 135 nəfəri xilas etmək mümkün olub, dənizdən 45 cəsəd çıxarılıb. Həmin qayıqdan olan naməlum sayda miqrant iktin düşmüş sayılır.

“Bu qorxunc rəqəmləri üst-üstə qoysaq, bizim hesablamalarımıza görə, ən azı 700 nəfər – qurbanların sayı və adları barədə dəqiq rəqəmlər yoxdur”, – deyə, mətbuat katibi bildirib.

Sağ qalanları İtaliyanın Taranto və Pottsalo liman şəhərlərinə gətiriblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR