Aralıq dənizində 2 min qaçqın xilas edilib

b23fe0a9-cc8f-45d6-8823-656426a77412_292Aralıq dənizində Liviyadan Avropaya gedən təqribən 2 min qaçqın hərbçilər tərəfindən xilas edilib.

“Report” xəbər verir ki, bazar ertəsi İtaliyanın hərbi gəmiləri təqribən 500 qaçqını göyərtələrinə götürüblər, daha 800 nəfər “Sərhədsiz həkimlər” təşkilatının gəmilərinə mindirilib, digərləri isə İrlandiyanın hərbi gəmisində özlərinə sığınacaq tapıblar.

Qeyri-leqal miqrantlar Balkanlardan keçən quru yolu üzlərinə bağlandıqdan sonra Avropaya getmək üçün dəniz yolundan daha tez-tez istifadə etməyə başlayıblar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR