Astarada şəhid gizirin “Vətən uğrunda” medalı ailəsinə təqdim olundu – FOTO

04c8e0a4-5309-4fd9-99e8-a158d9f8d56aŞəhid gizir Pəncəli Teymurovun ölümündən sonra ölkə başçısının sərəncamı ilə layiq görüldüyü “Vətən uğrunda” medalı bu gün doğulduğu Astara rayonunun ucqar Əzərüd kəndində ailə üzvlərinə təqdim olunub.

CTV (Region TV) xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə şəhidin doğmaları ilə yanaşı, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Müdafiə Nazirliyinin əməkdaşları, əlaqədar qurumların səlahiyyətli şəxsləri, kənd sakinləri iştirak ediblər

Tədbirdə cəbhə bölgəsində Lələtəpə zirvəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş gizirin n şərəfli ömür yolundan söz açılıb. Bildirilib ki, 1999-cu ildən hərbi xidmətdə olan Pəncəli Teymurov 2015-ci ildə ölkə başçısının sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub. Pəncəli Teymurovun qəbrini ziyarətə gələnlər arasında həmçinin Türkiyədə birgə təhsil aldıqları tələbə yoldaşları, eləcə də müəllimləri də olublar. Onlar vaxtı ilə Pəncəli ilə  birgə çəkilən şəkilləri onun valideynlərinə təqdim ediblər. Layiq görüldüyü “Vətən uğrunda” medalı isə atası Nurməmməd Teymurova təqdim edilib.

f59d837e-5167-4ad4-a310-2a61de4d6a40 f2445d6f-5f5b-44fd-80d7-73cc44e8e3bf 0fa149c3-8312-45e7-af0b-7792c017c6e7 6f0dbb76-c560-4870-bb92-71ff532d708d 7cfabeb9-20c9-4c7a-b7df-108b66ae2f6b 12c4834f-1e91-449d-9395-e023b890a4a0 b7cb04ec-c7f6-4ee9-89ad-6a1cde1c05d5 d74feeee-4c1c-4413-8cd2-ee71b2955ebc dc029aea-c31a-472f-8d71-cc4d1b5bf6c5

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR