“Atletiko” Çempionlar Liqasının ilk finalçısı oldu

Champions_league_201212Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Trend-in məlumatına görə, “Bavariya” evdə “Atletiko”nu qəbul edib.

Madriddə rəqibinə 0:1 hesabı ilə uduzan Münhen təmsilçisi doğma azarkeşləri önündə 2:1 hesabı ilə qalib gəlsə də, bu qələbə onların mərhələ adlamasına kifayət etməyib.

Qollar: Xabi Alonso, 31 (1:0), Antuan Qrizmann, 54 (1:1), Robert Levandovski, 74 (2:1).

İki oyunun nəticəsinə görə finala “Atletiko” yüksəlib.

Qeyd edək ki, bu keçiriləcək “Real” – “Mançester Siti” görüşündən sonra digər finalçı da bəlli olacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR