“Avro-2016″nın rəsmi mahnısı təqdim edildi-VİDEO

98233779Mahnı “This One’s For You” adlanır

Fransada təşkil olunacaqfutbol üzrə Avropa çempionatının rəsmi himni hazırlanıb.

XəzərXəbər xəbər verir ki, mahnı məşhur DJ və prodüsser Devid Quetta tərəfindən ərsəyə gətirilib. İsveçli müğənni Zara Larssonun da yer aldığı mahnıda xüsusi tətbiqetmə vasitəsilə bütün dünyadan 1 milyon azarkeş iştirak edir. Mahnı “This One’s For You” (“Bu, sizin üçündür”) adlanır.

Turnirin rəsmi mahnısı “Stade de France”da keçiriləcək açılış və bağlanış mərasimində ifa olunacaq. Bundan əlavə, cütlük iyunun 9-da Parisdə Eyfel qülləsinin altında konsert proqramı ilə çıxış edəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR