Avropa Komissiyası: Türkiyə vizaların ləğvi üçün beş şərtdən üçünü yerinə yetirib

0026d4f5-ddb9-4e88-91b8-6b241823f2c2_292Türkiyə Avropa İttifaqına türk vətəndaşları üçün vizaların ləğvi yolunda duran beş şərtdən üçünün yerinə yetirilməsində irəliləyişlərə nail olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) nümayəndələri bildirib.

“Türkiyə tərəfindən 5 şərtin yerinə yetirilməsində tərəqqi müşahidə olunur, xüsusilə də prezident Ərdoğan ötən həftə Aİ və Türkiyə arasında readmissiya haqqında razılaşmanın qüvvəyə minməsinə gətirib çıxaran qanun imzalayıb. Biz gözləyirdik ki, bu norma iyunun 1-dən qüvvəyə minəcək. Məlumatların mühafizəsi məsələsində tərəqqi əldə olunub. Bu tərəqqi və dialoqun davamını gözləyirik” – deyə AK-ın daxili işlər və miqrasiya üzrə rəsmi nümayəndəsi Nataşa Berto bildirib.

Öz növbəsində AK-ın mətbuat xidmətinin rəhbəri Marqaritis Sxinas da əlavə edib ki, rəsmi şəxslərin korrupsiyasına dair meyarın yerinə yetirilməsində böyük irəliləyiş əldə olunub. “Qalır terrorizm haqqında qanun və biometrik məlumatlar”, – deyə Sxinas qeyd edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR