Azərbaycan nefti ucuzlaşıb

148c95d4-d73d-47fe-abf7-7478d8cb1df4_292Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,57 dollar və yaxud 1,13% ucuzlaşıb.

“Report” xəbər verir ki, “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 49,83 dollara bərabər olub.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR