Azərbaycana turist axınını necə təmin etməli? – Peşəkar kadrlar çatışmır (VİDEO)

t1Niyə Gürcüstana 6 milyon, Azərbaycana 1.5 milyon xarici tursit gəlir?

Təkcə mövsümü deyil, fərqli turizm sahələri də inkişaf etdirilməlidir.

Dünyada turizmin tibbi, ekskursiya, idman, ekstremal, macəra, kənd turizmi kimi xeyli növü var. Azərbaycanda bütün bu turizm növlərinin inkişafı üçün həm təbii, həm də infrastruktur imkanları mövcuddur. Təəssüf ki, ölkəmizdəki turizm obyektlərinin əksəriyyəti mövsümü xarakter daşıyır. Daha dəqiq desək, bölgələrdəki turizm obyektlərinin bir çoxu yalnız isti aylarda fəaliyyət göstərir. Daimiliyin olmaması isə böyük bir problem ortaya çıxarır – peşəkar kadr çatışmazlığı.

Azərbaycanda turizmin inkişafı üçün lazım olan bütün komponentlər var – 9 iqlim qurşağı, əsararəngiz təbiət, tarixi abidələr, müailcə turizmi üçün Naftalan, Qalaltı, eko turzimi üçün mili parklarımız və sair. Digər tərəfdən Azərbaycan dövləti bir sıra nüfuzlu beynəlxaq tədbirlərə ev sahibliyini təmin edərək ölkəmizi dünyada lazımınca təbliğ edir – İlk Avropa Oyunları, “Eurovision” mahnı müsabiqəsi və hazılıqları gedən “Formula-1” Avropa Qran-Prisi… Digər tərəfdən isə göz oxşayan 5 ulduzlu otellər və sair… Amma uzağa getmədən, elə qonşu Gürcüstanla müqayisə aparsaq, nəticələrin ürəkaçan olmadığını görərik. Məsələn, ötən il Gürcüstana 6 milyon xarici turist gəldiyi halda, bizdə bu rəqəm 1-ci Avropa Oyunlarını da nəzərə alsaq, 1 milyon 500 mini keçmir. Mütəxəssislərin fikrincə, burada əsas problem ixtisaslı kadr çatışmazlığıdır. Ölkəmizdə turizm sahəsində kadr hazırlayan yeganə təhsil müəssisəsi olan Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanov deyir ki, bu, ölkə turizmini əhatə etmək üçün yetərli deyil. Kadr məsələsində əsas problem ölkəmizdə turimizn əsasən mövsümü xarakter daşımasıdır. Yəni əksər turizm obyektləri yalnız yay mövsümü üçün kadr axtarır, mövsüm başa çatdıqdan sonra işçi azad edilir. Xaricdə və yerli otellərdə təcrübə keçən Turizm və Menecment Universitetinin tələbələri tək nəzəriyyənin onlara kifayət etmədini deyirlər. Mütəxəssislər də turizm sahəsində peşəkar qıtlığını eyni səbəblə  – turizm obyektlərinin mövsümü fəaliyyəti ilə əlaqələndirirlər. Problemdən çıxış yolu fərqli turizm sahələrinin inkişafındadır. Tibbi, idman, ekskursiya və digər bu kimi turizm sahələrinini inkişafı fonunda bütün ili əhatə edən turist axınına  və daimi iş yerlərinə nail olmaq mümkündür.

Beləliklə, bizdə qonağı hava limanında qarşılayıb, hava limanında yola salana qədər lazım olan bütün personalın formalaşması üçün turistlərin tək yayda yox, ilin bütün fəsillərində Azərbaycana gəlməsi lazımdır. Bunun üçünsə peşakar personal lazımdır. Bütün bunlar biri-biri ilə bağlı olan, həm də zamanla həll olunacaq problemlərdir. (Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR