Azərbaycanda 354 min nəfər aylıq sosial müavinət alır – RƏSMİ

1ea660cc9711315e1f2af56c401a3bf2Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırda 354 min nəfərə yaxın şəxs aylıq sosial müavinətlə təmin olunur.

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onlardan 140,9 min nəfəri əlilliyə, 14,4 min nəfəri yaşa, 41,7 min nəfəri ailə başçısını itirməyə görə, 66,5 min nəfəri sağlamlıq imkanları məhdud uşaq olduğuna görə aylıq sosial müavinət alır.

Bundan başqa, 49 min nəfər müharibə veteranı, müharibə əlillərinin və şəhid ailələrinin, I və II qrup Çernobıl AES əlillərinin və müddətli hərbi xidmət qulluqçularının uşaqlarından ibarət 18,3 min nəfər uşaq da Nazirliyin xətti ilə aylıq sosial müavinət alır.

Ayıq sosial müavinət ödənilənlərin sırasına həmçinin aztəminatlı ailələrdəki bir yaşadək uşaqlar (5,8 min nəfər), beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış uşaqları (8,9 min nəfər) və digər müvafiq kateqoriyalardan olan insanlar daxildir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR