Azərbaycanın birinci xanımı amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib

e5aed13a-75ce-4ba1-8101-fb6bd1cdaf5d_292Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin (MM) deputatı Mehriban Əliyeva 28 May – Respublika Günündə yeni amnistiya aktının qəbul olunması ilə bağlı MM-ə müraciət edib.

“Report”un xəbərinə görə, bu barədə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verib.

Bu, M.Əliyevanın amnistiya aktı ilə bağlı MM-ə dördüncü müraciətidir.

10 min nəfəri əhatə edəcək amnistiya aktı qəbul olunacağı təqdirdə 3 500 nəfər məhkum azadlığa çıxacaq.M.Əliyevanın müraciətinə MM-in mayın 20-də keçiriləcək növbəti plenar iclasında baxılacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR