“Bədxislətli KİV-lər Azərbaycan və yəhudi xalqlarını qarşı-qarşıya qoya bilməyəcək”

Безымянный copyAprelin 25-də Qafqaznews.az saytında “Konstitusiya Məhkəməsi işlər müdirinin adı sələm qalmaqalında” başlıqlı yazı dərc olunmuşdu. Məqalədə deyilirdi: “Bu günlərdə Qafqaz Xəbər Agentliyinə Almaniyada yaşayan gəncəli iş adamı Elxan Yaşar oğlu Axundov Bakıda məmurlarla ortaq olan işbazlar tərəfindən aldadıldığı
nı və nəticədə anası, yəhudiəsilli Marus Yevda qızı Axundovaya məxsus mənzilin mənimsənildiyini bildirib.

E.Axundov Qafqaznews.az-a bildirib ki, 3 il bundan əvvəl ortaq tanışlar vasitəsi ilə əslən Qərbi Azər13101230_1708067299453140_1683016998_n-1-1-1baycandan olan, Gəncədə yaşamış Sidqi Abbasov adlı şəxslə tanış olub. Şikayətçinin sözlərinə görə, Sidqi Abbasovun Bakıda bir neçə yerdə, o cümlədən Mərkəzi Univermaqda (MUM) qızıl mağazaları, lombardları var.

13181207_1713553618904508_1828532337_n“O, mənə təklif etdi ki, Almaniyada birgə biznes açaq, avtomobil satışı ilə məşğul olaq. Birlikdə şirkət açdıq, həmin şirkətin əsasnamə kapitalı 25 min avro oldu. Hər birimiz 50 faiz pay şəriki sayılırdıq. Bakıya gələndə Sidqi məni Konstitusiya Məhkəməsinin İşlər müdiri olan Akif Hümbətovla tanış etdi, birlikdə yeyib-içdik. Sidqi biznesdəki sərmayəsinin, o cümlədən Almaniyada işə qoyduğu pulun da Akifə məxsus olduğunu dedi. Bir müddət sonra mənə təcili pul lazım oldu, Sidqidən 30 min manat borc istədim.

O mənə dedi ki, məndə Akif müəllimin pulu var, onu sənə faizlə, ipoteka müqaviləsi ilə verə bilərəm. 2013-cü il iyunun 4-də bağlanan müqavilədə tərəflər anam Marus Yevda qızı Axundova və Sidqinin əmisioğlu Abbasov Xaqani Mikayıl oğlu oldu. Girov olaraq anamın adına olan, Əlövsət Quliyev küçəsi, ev 133-də yerləşən, 53 saylı mənzili girov qoyduq. 12596005_1708067436119793_1004536606_n-1-1Mənzilin qiyməti 300 min manatdan çox olsa da, qiymətləndirmədə 35 min manat yazdılar. Borcun müddəti iki il olsa da, mən il yarım ərzində onun borcunu tam şəkildə ödədim, hətta 9 min faiz ödənişini də verdim. Şahidlərim və sübutlarım da var. Sonuncu dəfə dostum Olim aparıb ona pulu əlbəəl verib, deyib ki, gedək notariusda mənzili girovdan çıxaraq, o isə “qadın Azərbaycana gəlsin, özünün iştirakı lazımdır” deyə bəhanəylə boyun qaçırıb.

Bir müddət sonra isə Almaniyadakı ortaqlığımız tutmadı, Sidqi məndən xəbərsiz şirkətin nizamnamə kapitalını – 25 min avronu da götürdü, hələ mənzili də mənimsədi. O, bizim iştirakımız olmadan Nəsimi Rayon Məhkəməsində məhkəmə açıb və əmisioğlunun xeyrinə qərar çıxararaq, evi onun adına keçirib. Mənim oğlum da təhlükədədir, bankda çalışır, Sidqi onun cibinə narkotik atdırıb tutdurmaq istəyir”.

Bu məqalədə Sidqi  Abbasovun da sözlərinə yer verilmiş, aprelin 27-də isə Konstitusiya Məhkəməsi işlər müdiri Akif Hümbətovdan münasibət öyrənilərək Qafqaznews.az-da dərc olunmuşdu. Aprelin 28-də kavkaznews.az-a Elxan Axundovun anası Marus Axundova müraciət edərək bildirdi: “Məni nəinki mənzilimdən məhrum etmək istəyirlər, həm də böhtan atırlar. Aprelin 28-də Teleqraf.com saytında dərc olunan “Bakıdan Almaniyaya qaçan erməni əsilli dələduzun əməlləri” başlıqlı yazı dərc olunub.

13090503_1708067219453148_1490639109_n-1-1Həmin yazıda Sidqi Abbasovun dilindən yazılıb ki, guya mən erməniyəm. Mən milliyyətcə dağ yəhudisiyəm və Oğuz rayonun yəhudi qəsəbəsində doğulmuşam. Mən bu böhtanla barışmayacam və həm Sidqi Abbasovu, həm də bu saytı məhkəməyə verəcəyəm”. O, qızlıq soyadının Mixaylova olduğunu da əlavə etdi. Biz Marus Axundovanın sözlərinin həqiqətə uyğun olub-olmadığını yoxlamağa çalışdıq. Sözügedən məqalədəki başlıq dırnaqda deyildi və buna görə də, başlıq müəllifin fikri kimi nəzərə çarpırdı. Yazıda Sidqi Abbasovdan sitat gətirilir: “Elxan Axundovun anası Marus əslən ermənidir. Elxan Axundov erməni qohumları vasitəsi ilə Almaniyada sığınacaq alıb və indi də böhtan xarakterli məlumatlar yayır”.

Xatırdaq ki, Azərbaycan xalqı həmişə öz tolerantlığı ilə fərqlənib. Hətta bu gün, Azərbaycanın 20 faizdən çox ərazilərinin Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq, rəsmi statistikaya görə Azərbaycanda 30 mindən çox erməni yaşayır. Amma bu o demək deyil ki, ölkədə kimi gəldi “erməni” adlandırmaq olar. Marus Axundova doğrudanmı dağ yəhudisidir? Bu sualla Dağ Yəhudiləri İcmasının sədrinin müavini Rafik Mixaylovla əlaqə saxladıq. R.Mixaylov onun həqiqətən də dağ yəhudisi olduğunu təsdiqlədi.

Mayın 5-də biz Sidqi Abbasovla əlaqə saxladıq və ondan soruşduq ki, həqiqətən də Marus Axundovanın erməni olduğunu bəyan edibmi?

“Mən eşitmişəm ki, Marus Axundova Elxan Axundovun əsl anası deyil. Mən onu təhqir etmək istəmirdim. Elxan mənim yanımda erməni mahnılarına qulaq asırdı. Mən ondan niyə erməni mahnılarını dinlədiyini soruşdum, o isə dedi ki, ermənicə gözəl bilir, hətta onda erməni qanı var”, – deyə S.Abbasov cavab verdi.

S.Abbasov əlavə etdi ki, Elxan Axundovun atası azərbaycanlıdır: “O, özünü yəhudi adlandırır və Almaniyada yəhudi kimi sığınacaq alıb”.

“Siz teleqraf.com-a demisiniz ki, Marus Axundova mənşəcə ermənidir?”, – deyə dəqiqləşdirmək istədik.

Təəssüf ki, Sidqi Abbasov Kavkaznews.az-ın bu sualını cavabsız qoydu.

Biz Teleqraf.com saytının S.Abbasovun iddialarını yoxlayıb-yoxlamaması ilə maraqlandıq.zahid-nureliyev-3

Bu suala cavab almaq üçün, teleqraf.com saytının redaktoru Zahid Nurəliyevə müraciət etdik.

“Sidqi Abbasov bunu deyib və mən yazmışam”, – deyə Z.Nurəliyev cavab verdi.
“Siz Marus Axundovanın həqiqətən yəhudi olub-olmadığını yoxladınızmı?” – deyə soruşduq.

“Necə yoxlamalıydım? Hansı aparatla?”, – Zahid Nurəliyev suala sualla cavab verdi.

Daha sonra, Z.Nurəliyev bizim bu məsələ ilə maraqlanmağımızın səbəbini soruşdu, biz cavab verdik: “Marus Axundova bizə müraciət edib və sizin yazdıqlarınızın yalan olduğunu bildirib. Axı, bunu müəyyən etmək çox asandır. Sadəcə, Bakıdakı Dağ Yəhudiləri İcmasına zəng etmək yetərlidir”.

Bundan sonra, həmsöhbətimiz “Mən sizin suallarınıza cavab verməyəcəm” deyərək dəstəyi asdı.azer-hesret

Biz Mətbuat Şurasının üzvü, Azərbaycan Jurnalistləri Həmkarlar İttifaqının sədri Azər Həsrətdən sözügedən məsələni şərh etməyi xahiş etdik.

Azər Həsrət Kavkaznews.az-a bildirdi ki, “KİV haqqında” qanuna görə, media qurumunun rəhbərliyi Marus Axundovanın doğrudan da yəhudi olub-olmadığını yoxlamalı idi.

Onun sözlərinə görə, bunu Azərbaycan jurnalistlərinin peşə etikası haqqında Məcəllə də tələb edir.

“Bu və ya digər faktı dərc etməzdən əvvəl, bir neçə mənbənin onu təsdiqləməsi lazımdır. Bu və ya digər insana “erməni” adı qoymaqla, onun reputasiyasına zərbə vurula bilər. Biz KİV nümayəndələri bütün dünyaya göstərməliyik ki, bizim ölkədə hətta ermənilərin də hüquqları qorunur. Bunun üçün də, jurnalistlərimiz heç kimə “erməni” damğası vurmamalıdır”, – deyə A.Həsrət vurğulayıb.

Azər Həsrət bildirib ki, Azərbaycanda heç vaxt nə yəhudi icması, nə də İsrail dövləti ilə problem olmayıb: “Azərbaycanlılar və yəhudilər həmişə qardaş olub, sevinci və kədəri bölüşüblər. Ermənilər həmişə yəhudilərlə azərbaycanlıları qarşı-qarşıya qoymağa çalışıb. Jurnalistlər bunu nəzərə almalı və Azərbaycan yəhudilərinə münasibətdə səhv buraxmamalıdırlar. Bu, Azərbaycanın da maraqlarına zərbə vura bilər”.
Mətbuat Şurası üzvünün fikrincə, Z.Nurəliyev Kavkaznews.az-ın sualına cavab verməli idi: “Aparat məsələsinə gəldikdə isə, redaktor belə sual verməməlidir. Əgər informasiyanın həqiqiliyini sübut edə bilmirsənsə, o zaman boynuna yoxlanılmamış məlumatı dərc etmək kimi məsuliyyət götürməməlisən. Əsl jurnalist mütləq Marus Axundovanın özünü tapmalı və onun da bu ittihamla bağlı fikrini öyrənməli idi”.

trend_yevda_abramov_171209-1Milli Məclis üzvü Yevda Abramov Kavkaznews.az-a bildirib ki, əgər Dağ Yəhudiləri İcması M.Axundovanın həqiqətən dağ yəhudisi olduğunu təsdiqləyirsə, o zaman bu, onun yəhudi icmasına aid olmasını sübut edir.

“Dağ yəhudisi Marus Axundovanı “erməni” adlandıran KİV isə Azərbaycan və yəhudi xalqları arasında nifaq salmaq istəyir. Bu, sadəcə növbəti təxribatdır”, – deyə Y.Abramov vurğulayıb.

Biz həmçinin Marus Axundova ilə əlaqə saxladıq.

“Teleqraf.com-da “erməni” böhtanı atılan o məqalə mənə çox pis təsir etdi. Biz yəhudilər Azərbaycanı öz vətənimiz hesab edirik. Biz Azərbaycan üçün canımızdan da keçməyə hazırıq. Milli qəhrəman Albert Aqarunovun həyatı və ölümü də buna sübutdur. Azərbaycan Prezidenti ölümündən sonra Albert Aqarunovu Həzi Aslanov ordeni ilə mükafatlandırıb”, – deyə M.Axundova vurğuladı.

O, bəzi bədxislətli adamların və onlara havadaqlıq edən KİV-lərin ermənilərin xeyrinə davranaraq yəhudilərlə azərbaycanlıları bir-birinə qarşı qoymasından təəssüfləndiyini əlavə etdi.

“Amma inanmıram ki, bu onlarda alınacaq. Biz yəhudiləri və azərbaycanlıları çox şey bağlayır. Mənim uşaqlarım Azərbaycanda hərbi xidmət keçiblər”, – deyə Marus Axundova əlavə etdi.578346_01

Biz, həmçinin milli qəhrəman A.Aqarunovun qardaşı Rantik Aqarunovun da fikrini öyrənməyə çalışdıq.

“Düşünürəm ki, heç kim azərbaycanlıların və yəhudilərin arasını poza bilməyəcək. Biz yəhudilər Azərbaycanı vətənimiz sayırıq və həmişə də qorumağa hazırıq”, – deyə R.Aqarunov vurğuladı.

Rəşad Rüstəmov

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR