Bakı merinin əmri lazımsız kağızdır

Bezy-myanny-j-copy-58Mayın 12-də Kavkaznews.az saytında “Dövlət Komitəsinin sədri verdiyi sözü yerinə yetirmir ?” başlıqlı yazı dərc olunmuşdu.
Məqalədə ötən il avqustun 5-də Bakı sakini Həqiqət Tağıyevanın “Mambo Beach Club” istirahət mərkəzinin dəniz kənarında pullu çimərlik yaratması haqda müraciətindən söz açılırdı.

H.Tağıyeva Kavkaznews.az-a bildirib ki, 30 manat müqabilində orda yaradılan hovuzdan istifadə etməyə imkan verilir.
O, həmçinin bildirib ki, yuxarıda göstərilən məbləğ 7 yaşına çatmayan uşaqlardan da götürülür.
“Mambo Beach Club”un xanım əməkdaşı bizə bildirdi ki, həftənin adi günləri istirahət mərkəzinə girmək üçün 25 manat ödəmək lazımdır.
“İstirahət günləri isə bu meyyub-3əbləğ 30 manata çatır. Ailəvi istirahət zamanı, yeddi yaşına qədər bir uşaq “Mambo Beach Club”a daxil ola bilər”, – deyə əməkdaş bildirib.
“Bakı Şəhər İcra Hakimiyyətinin istirahət mərkəzlərinə daxil olmağa görə pul alınmasını qadağan edən əmri var. Pul ancaq istirahət mərkəzlərində göstərilən xidmətə görə alına bilər”, – deyə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
Bakı meriyasının sözçüsü Nailə Məmmədova Eyyub Hüseynovun bəyanatını təsdiqləyib.
“İstirahət mərkəzinə giriş ödənişsiz olmalıdır”, – deyə mətbuat katibi bildirdib.

Biz istədik aydınlaşdıraq, istirahət mərkəzləri bu il Bakı merinin əmrini yerinə yetirəcəkmi? Su69b00dd027884e2b188c9a998e745c45-16072015-1528-mambobeach-1000x10001-1-1allarımıza cavab tapmaq üçün “Amburan” və “Aysberq” istirahət mərkəzlərinə zəng etdik.
Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən “Amburan” İstirahət Mərkəzinin özünü təqdim etməyən xanım əməkdaşı kavkaznews.az saytına bildirdi ki, onlarda çimərlik mövsümü mayın 27-dən başlayacaq.

“Bazar ertəsi günləri giriş haqqı 18 manat olacaq. Çərşənbə axşamından cümə gününə qədər isə 20 manat ödəmək lazım gələcək. Həftəsonları isə mərkəzə giriş haqqı adambaşına 25 manat olacaq”, – deyə əməkdaş bildirib.sl-5_1200_400
“Çimərlikdən istifadə üçün də ödəniş etmək lazımdır?”, – deyə soruşduq.
“Bəli”, -deyə “Amburan”ın əməkdaşı təsdiqlədi.
“Axı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun əmri var ki, çimərliklərdən istifadə üçün pul alınmasın”, – deyə xatırlatdıq.
“Bizdə özəl şirkətdir”, – deyə “Amburan”dan cavab verildi.
Müxbirimizin “Çimərlik də özəldir?” sualına istirahət mərkəzinin əməkdaşı belə cavab verdi: “Xeyir. Amma dəniz mövsümü açıldıqskachanny-e-fajly-1-338dan sonra, çimərlikdən istifadə üçün pul alınacaq”.
“Aysberq” İstirahət Mərkəzindən isə adını bildirməyən əməkdaş Kavkaznews.az saytına bildirdi ki, istirahət mərkəzində çimərlik mövsümü 5 gün sonra başlayır, hovuz və çimərlikdən istifadə üçün isə 10 manat ödəmək lazımdır.
“Siz bilirsiniz ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov çimərliklərdən istifadə üçün pul almağı qadağan edib?”, – deyə soruşduq.1411130240_dffee25660a811e2bbd422000a1f9ab2_7-1
Lakin “Aysberq” əməkdaşı sualımızı cavabsız qoydu.
Bakı ŞİH-in mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova Kavkaznews.az-a bildirdi ki, Bakıda çimərliklərdə ödəniş almaq qadağandır.
“Bu, o mənaya gəlir ki, çimərliklərdə çimməyə görə pul alınmayacaq?”, – deyə soruşduq.
“Bu sualla yerlərdəki icra hakimiyyətlərinə müraciət edin”, – deyə N.Məmmədli cavab verdi.
Biz qərar verdik ki, müvafiq RİH-lərlə əlaqə saxlayaq və onların pulyığma hallarından xəbərdar olub-olmadığını öyrənək.
Səbail RİH-in ictimai-siyasi vəmirvari-qehremanli3-1 humanitar məsələlər şöbəsinin adını təqdim etməyən əməkdaşı “Aysberq”lə bağlı sualımızı belə şərh etdi: “Bu sualları prokurorluq əməkdaşlarına verin. Bunun bizə dəxli yoxdur”, – deyə Səbail RİH nümayəndəsi bildirdi.
Sabunçu RİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Məhəmməd Əsədova “Amburan”la bağlı müraciət etdik.
Ondan “Amburan”da pul yığılmasından xəbərdar olub-olmadığını soruşduq, suala sualla cavab aldıq: “Məgər “Amburan” özəl çimərlik deyil?”.
“Azərbaycanda özəl çimərlik yoxdur”, – deyə xatırlatdıq.
“Məndə bu barədə heç bir məlumat yoxdur”, – deyə M.Əsədov cavab verdi.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib ki, istirahət mərkəzlərinin rəhbərləri təkcə Hacıbala Afirm-11421-thumb-1butalıbovun qərarını görməzdən gəlmirlər: “Həmçinin, dövlət başçısı İlham Əliyev də dəfələrlə Xəzər sahillərinin çəpərləşməsini tənqid edib”.

Onun sözlərinə görə, istirahət mərkəzlərinin sahibləri Xəzər sahillərinə şəxsi miras kimi davranırlar.
M.Qəhrəmanlı məmurların laqeydlini isə belə izah edib: “İstirahət mərkəzlərinin sahibləri icra hakimiyyətindəki “krışalar” olmadan qanunsuz əməllər törədə bilməzdilər”.
R.Həsənoğlu

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR