Bakının mərkəzindəki barlardan birində dava düşüb, xəsarət alan var

9e2cd0548c6514733bb7ccaae351c6d2Bakıda barda dava olub.

Səbail rayon Polis İdarəsindənAPA-ya verilən məlumata görə, hadisə rayonun Puşkin küçəsi 2 ünvanında yerləşən barda qeydə alınıb. Barın işçiləri ilə müştərilər arasında düşən mübahisə sonunda davaya səbəb olub. Nəticədə barın işçiləri müştərilərdən biri, Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü İlkin Vəzir oğlu Qəhrəmanovu döyərək ona ağır bədən xəsarətləri yetiriblər.

Faktla bağlı araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR