Bankomatdan pul çıxaran zaman diqqətli olun – VİDEO

435413Maaşını bankomatdan çəkmək istəyən Turan Axundova kodu yığıb gözləsə də pulu çıxmayıb.  Bu vəziyyətlə hər bir vətəndaş üzləşə bilər. Məsələ kart əməliyyatları zamanı təhlükəsizliyi gündəmə gətirir.

Bununla bağlı elə həmin banka müraciət etdik. Bildirildi ki, bu bir neçə halda mümkün ola bilər.

Digər səbəb vətəndaşın səbirsizliyindən qaynaqlana bilər. Belə ki, yenə texniki səbəblərdən pul bir qədər gec çıxa bilər.

Araşdırma zamanı da məlum olub ki, Turan Axundova məhz ikinci halın qurbanı olub. Yəni pul bankomatdan gec çıxandan sonra digər vətəndaş tərəfindən götürülüb.

Əslində burada bankomatda quraşdırılan kamera da köməyə çata bilər. Amma bank mütəxəssisi bildirir ki, kameranın görüntüsü yalnız polis sorğusu ilə mümkündür.

Yəni əgər kimsə bankın araşdırımasından narazı qalarlarsa polisə müraciət edə bilər. Bu zaman bankomatın kamera görüntüləri hüquq mühafizə orqanlarına təqdim edilir.

Amma məsələnin bir digər detalı da ondan ibarətdir ki, əgər vətəndaş bankomat önündə pulunun çıxmağını kifayət qədər gözləyibsə və bu texniki problemlərdən yubanıbsa bunun məsuliyyətini məhz bankomatın aid olduğu  bank daşıyır. Belə olan halda vətəndaş bankdan pul tələbi ilə məhkəməyə müraciət edə bilər.

 Qafqaznews.az “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir:

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR