BBC yemək saytı və xəbər jurnallarını bağlayır

559d1e2c-e569-4ebb-abcd-a5d3dbb652eb_292 (1)BBC yemək və “Newsbeat” saytlarını 15 mln. funt qənaət etmək planın bir hissəsi olaraq bağlayır.

Bu barədə “Report” xarici KİV-ə istinadən xəbər verir.

Bu plan o deməkdir ki, 11 min resept saytdan silinəcək və proqrama bağlanmış reseptləri isə ötürülmədən bir ay sonra görmək mümkün olacaq.

BBC tərəfindən açıqlanmayan plana görə, BBC-nin “Onlayn” xəbər jurnalı bağlanacaq. İnsnaların müxtəlif mövzularda sullarını cavablandıran “iWonder” saytı da bu siyahıdadır.

Səyahət xəbərləri hələ onlayn yayımlansa da, səyahət saytı da bağlanacaq. Lakin BBC-nin qida saytı bağlansa da, BBC-nin dünya üzrə yemək saytı fəaliyyətini davam etdirəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR