Bu gün Azərbaycanın daha 9 cüdoçusu “Böyük dəbilqə” turnirində mübarizəyə qoşulub

a1454705-ae33-4734-bfec-21bd481131a7_292Bakıda keçirilən “Böyük dəbilqə” turnirində bu gün Azərbaycanın 9 cüdoçusu çıxış edir. “Report”un məlumatına görə, kişilərin yarışında 73 kq və 81 kq çəki dərəcələrində üst-üstə 8 təmsilçimiz mübarizə aparır.

63 kq çəkidə isə yeganə qadın cüdoçumuz Gülsədəf Kərimova yer alıb.

73 kq 1/16 final. Rüstəm Orucov – Tohar Butbul (İsrail) 1/16 final. Vüqar Bayramov – Yaromir Yezek (Çexiya) 1/32 final. İsmayıl Piriyev Fridon Giqaniyə (Gürcüstan) uduzaraq mübarizəni dayandırıb. 1/16 final. Fəqan Quluzadənin ilk rəqibi Sergey Drebot (Ukrayna) – Kiyoşi Uematsu (İspaniya) cütünün qalibi olacaq.

81 kq 1/16 final. Əbdülhəqq Rəsullu Emirhan Yücelə (Türkiyə) qalib gəlib. 1/8 finalda onun rəqibi Takonori Naqase (Yaponiya) olacaq. 1/32 final. Rüstəm Alimli Konstantin Ovçinnikova (Latviya) uduzaraq, mübarizəni dayandırıb. 1/32 final. Ziya Namazov Seyid Mollayiyə (İran) qalib gəlsə də, 1/16 finalda Eoyn Kuqlana (Avstraliya) uduzaraq, mübarizəni dayandırıb. 1/16 final. Elvin Əhmədli – İvan Felipe Silva Morales (Kuba)

63 kq 1/16 final. Gülsədəf Kərimova – Anikka van Emden (Hollandiya)

Qeyd edək ki, ilk yarış günündə Tərlan Kərimov (66 kq) bürünc medal qazanıb. İlqar Müşkiyev (60 kq) isə 7-ci olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR