Bu il Ceyhandan 10 milyon tondan çox neft satıldı

ceyhanDövlət Neft Şirkəti məlumat yaydı.

2016-cı ilin aprel ayı ərzində 2 milyon 251 min 475 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. (Bu həcmin 1 milyon 128 min 973 tonunu Dövlət Neft Fondunun nefti təşkil edib).

Cari ilin yanvar-aprel aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 10 milyon 88 min 919 ton təşkil edib.

Bu barədə Oxu.Az Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.

SOCAR-dan verilən məlumata görə, ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il may ayının 1-ə qədər Ceyhan limanından 301 milyon 282 min 269 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Bundan başqa, 2016-cı ilin aprel ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 502 min 255 ton Azərbaycan nefti nəql olunub.

“Cari ilin yanvar- aprel aylarında bu kəmərlə 9 milyon 815 min 567 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il may ayının 1-ə qədər BTC-yə 302 milyon 490 min 956 ton neft vurulub. 2016-cı ilin aprel ayında BTC kəməri ilə 350 min 862 ton Türkmənistan nefti nəql olunub”, – deyə məlumatda vurğulanıb.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR