Bu il qəbul imtahanında minimum 200 bal yığmaq lazımdır

142378_res_01“Azərbaycanda 2016-2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının müsabiqəsində iştirak etmək üçün minimal bal həddi 200 nəzərdə tutulub”.

Bunu Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Sədrin sözlərinə görə, qeyd olunan keçid balı müsabiqədə iştirak etmək üçündür: “Bəzi ixtisasların keçid balı daha yüksək olacaq. Dövlət sifarişli yerlərə isə keçid balı 300-350 baldan yuxarı ola bilər, bu təbiidir”. (“Report”)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR