Cənubi Osetiyada avtobus uçuruma aşıb, altı Rusiya zabiti ölüb

88a194f8acaca02112e6bd185daa5525Cənubi Osetiyada Rusiya hərbçilərini daşıyan avtobus Tsxinval-Kançaveti dağ yolunda uçuruma düşüb

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 6 zabit ölüb, 16-sı isə xəsarət alıb.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hadisə avtobusun hərbçiləri toplanışa apardığı zaman baş verib. Yaralılar Tsixinvaldakı xəstəxanaya çatdırılıb, onlara lazımi tibbi yadım göstərilib.

Qəzaya əyləcin sıradan çıxması səbəb olub.

Rusiya müdafiə naziri Sergey Şoyqunun göstərişi ilə Moskvanın Çkalovsk aerodromundan hərbi həkimləri daşıyan təyyarə yaralıları Moskvaya gətirmək üçün hadisə yerinə yollanıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR