Can Dündar 5 il 10 ay azadlıqdan məhrum edildi

1462567181-caxn-dundaxr-erdem-gul-624x351-axfp-nocreditİstanbul 14. Ağır cəza Məhkəməsi Cümhuriyət qəzetinin redaktoru Can Dündar barəsində hökm çıxarıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə Can Dündar 5 il 10 ay, onunla birlikdə məhkəməyə çıxarılan qəzetin Ankara təmsilçisi Erdem Gül isə 5 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Can Dündara Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğannın şikayəti əsasında dövlət sirrini yaymaq ittihamı ilə cinayət işi qaldırılıb. Dündar 92 gün həbsdə yatdıqdan sonra sərbəst buraxılıb. Prokuror jurnalistin 25 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Evliliyinin 28-ci il dönəmində həbs olunan Erdem Gül “mən xəbər yazdım, cəsus və heç bir təşkilat üzvü deyiləm” deyə bildirmişdi. Yazdığı yazıya görə həbsə hazır olduğunu bildirən Erdem Gül pis bir iş görmədiyini qeyd edib.

Bu gün məhkəmə binası qarşısında Dündara sui-qəsd cəhdi olub. Fasilə zamanı Murat Şahin adlı şəxs ona yaxınlaşaraq ayağına iki dəfə atəş açıb. Can Dündar zərər çəkməyib. Yalnız İstanbul məhkəməsi qarşısında baş verən olay zamanı NTV telekanalının jurnalisti ayağından yaralanıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR