“Cavanlara demək istəyirəm ki, heç kəs narkotiklə məşğul olmasın” – VİDEO

СнимокKürdəmirdə üzərində narkotik vasitə saxlayan şəxs tutulub.

El Tv (Region Tv) xəbər verir ki, rayon polis şöbəsinə daxil olan məlumat əsasında aparılan araşdırma zamanı Kürdəmir sakini Elman Haqverdiyev tutularaq istintaqa cəlb olunub.

Onun üzərinə baxış keçirilərkən kibrit qutusunda olan 5.53 qram çəkidə qurudulmuş marixuana aşkarlanıb. Saxlanılan şəxsin rayonun Heydər Əliyev küçəsində yerləşən mənzilində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oradan ümumi çəkisi 455 qr olan qurudulmuş marixuna aşkarlanaraq hüququ-mühafizə orqanının əməkdaşları tərəfindən götürülüb. Təqsirləndirilən şəxs marixuananı ötən ilin avqustunda özü istifadə etmək məqsədilə əldə etdiyini bildirib: “Mən cavanlara onu demək istəyirəm ki, heç kəs narkotiklə məşğul olmasın. Pis şeydi. Heç kəsə arzulamıram. Hərəkətimdən də peşmanam”.

Saxlanılan Elman Haqverdiyev əvvəllər də oğurluq əməlinə görə məhkumluq həyatı yaşayıb.

Hazırki faktla bağlı araşdırmalar aparılır.

Onun narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması dəqiqləşdirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR