“Çelsi” “Tottenhem”i çempionluqdan etdi, “Lester Siti” Premyer Liqanın qalibi oldu

chelsea_tottenhem_030516Mayın 2-də İngiltərə Premyer Liqasının 36-cı turu çərçivəsində “Çelsi” və “Tottenhem” komandaları qarşılaşıb.

Trend-in məlumatında görə, Londonda “Stemford Bric” stadionunda keçirilən oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb. Qolları Harri Keyn (35-ci dəqiqə), Min-Son (44), Qari Kehil (58), Eden Azar (83) vurublar.

Oyunun nəticəsi etibarı ilə, “Tottenhem” komandası çempionluq şansını itirib və “Lester Siti” Premyer Liqanın sonuna 2 tur qalmış vaxtından əvvəl çempion olub.

36 turdan sonra “Lester”in 77 xalı var. Çempionatın sonuna iki tur qalmış ikinci yerdə olan “Tottenhem”in 70 xalı var.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR