Çempionlar Liqasında İspaniyanı yenə 5 klub təmsil edəcək

93551cd6-535d-45e9-8856-43241ae958f0_292Futbol üzrə Çempionlar Liqasının 2016-2017 mövsümündə də İspaniya 5 klubla təmsil olunacaq. “Report”un məlumatına görə, bu, “Sevilya”nın yenidən Avropa Liqasını qazanması sayəsində mümkün olub.

Əndəlüslər bu dəfə İngiltərə “Liverpul”unu məğlub ediblər – 3:1. “Sevilya” gələn mövsüm Çempionlar Liqasının qrup mərhələsindən mübarizəyə başlayacaq. “Barselona”, “Real Madrid” və “Atletiko” da Primerada ilk 3 yeri tutduqları üçün bu hüquqa yiyələniblər. Yalnız 4-cü yerin sahibi “Vilyarreal” “pley-off” mərhələsindən mübarizəyə qoşulacaq.

Qeyd edək ki, Avropa Liqasının qalibi 2014-2015 mövsümündən Çempionlar Liqasının ən azı “pley-off” mərhələsinə vəsiqə qazanır. Çempionlar Liqasının gələcək qalibi – “Real Madrid” və ya “Atletiko” öz çempionatlarından birbaşa vəsiqəyə yiyələndiklərindən, “Sevilya” da qrup mərhələsinə yüksəlib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR