Çini ayağa qaldıran soydaşımız (VİDEO – FOTO)

ma1“Maqnit adam” öz bacarığı ilə milyonları heyran qoydu.

Gürcüstanda “maqnit adam” ləqəbi ilə tanınan azərbaycanlı idmançı Etibar Budaqlı Elçiyev Pekində məşhur bir televiziya şousunda iştirak edib. Soydaşımız müsabiqədə münsifləri və tamaşaçıları heyran qoyub.

Gürcüstanlı soydaşımız “maqnit adam” Etibar Budaqlı-Elçiyev Çinin SSTV kanalında yayımlanan “mümkün olmayanları reallaşdıranlar” şousunda iştirak edib. O, səhnəyə bədəninə yapışdırlan dəmir qaşıqlarla çıxıb. Bununla da hər kəsi heyrətləndirib. Verilişin aparıcısı onu yoxlamaq üçün yarı zarafat-yarı ciddi onun bədəninə bir qaşığı da özü yapışdırıb. Daha sonra münsifləri də dəvət edərək “maqnit adam”ın bədənini yoxlamalarını istəyib. “Maqnit adam”ı münsiflər də yoxladıqdan sonra, o, növbəti şousunu göstərməyə başlayıb. 1100 kq avtomobili 10 metr məsafəyə dartaraq növbəti dəfə rekordunu təzələyib.

Pekindən qayıdan “maqnit adam” öz təəssüratlarnı bölüşüb. Soydaşımız bu günədək Almaniya, Fransa, İngiltərə, Türkiyə, Rusiya və başqa ölkələrdə öz bacarığını nümayiş etdirərək bir neçə rekorda imza atıb. Gələcəkdə isə uğurlarının sayını daha da artırmaq niyyətindədir. (Region TV)

ma2 ma3 ma4

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR