Dağlıq Qarabağda daha bir Ermənistan hərbçisi ölüb

2f59c5fd-af19-4773-b8da-a82053238e06_292Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində daha bir Ermənistan hərbçisi ölüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, 1996-cı ildə anadan olan Martirosyan Armen Qrayroviç aldığı güllə yarasından ölüb.

Məlumata görə, Ermənistan Müdafiə Nazirliyi hadisənin baş vermə səbəbini araşdırır.

Qeyd edək ki, bəzi ekspertlər hesab edirlər ki, Ermənistan hakimiyyəti aprelin 2-5-də Dağlıq Qarabağda qoşunların təmas xəttində gedən döyüşlərdə ölən silahlılarının sayını gizlədib.  Atəşkəs rejimi bərpa edildikdən sonra onları üzə çıxarmağa başlayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR