Davudoğlu istefasından sonra ilk dəfə DANIŞDI

245137“Türkiyə dövləti və millətimiz hər zaman var olacaq”

Bu sözləri 4 may günü partiya sədrliyindən və baş nazirlik postundan istefa verdiyini açıqlayan Əhməd Davudoğlu Bosniya və Herseqovina səfəri öncəsi dilə gətirib.

Ölkə.Az xəbər verir ki, Türkiyə müxalifəti tərəfindən “4 May Saray Çevrilişi” olaraq adlandıran məlum istefadan sonra Əhməd Davudoğlu ilk dəfə mətbuat konfransı keçirib. Bosniya və Herseqovina səfəri öncəsi Ankaraya Hava Limanında danışan Davudoğlu səfərini simvolik, lakin əhəmiyyəti çox yüksək olan bir ziyarət adlandırıb: “Artıq 90-cı illərin əksinə, indi Bosniya Və Herseqovinanın arxasında dağ kimi dayanacaq olan Türkiyə Dövləti və millətimiz var”, – deyə Davudoğlu qeyd edib.

Davudoğlu partiya daxili mübahisələrə aid isə sualları cavabsız qoyub.

Hələlik baş nazirlik vəzifəsini icra edən Davudoğlu dost və qardaş ölkə adlandırdığı Bosniya və Herseqovinada Ferhadiye Məscidin açılışında iştirak edəcəyini qeyd edərək əlavə edib: “Bu gün simvolik görünsə də bizim üçün dəyəri çox yüksək olan səfərə, Bosniya və Herseqovinaya gedirik. Bosniya və Herseqovina dost və qardaş ölkədir. Qardaş-bacılarımızın olduğu, böyük acılar yaşamış bir ölkədən bəhs edirəm. O müharibə, soyqırım, hüzn illərində təkcə boşnak qardaşlarımız qətlə yetirilmədi. Bizim imzamız olan oradakı tarixi əsərlər də bir-bir söküldü, tarix yerlə yeksan edilməyə çalışıldı. Dəstəyimizlə Mostar körpüsü yenidən bərpa edilərək istismara verilib. Bu gün isə 23 il sonra təkrar azan səsi ilə qovuşacaq Banja Lukadakı Ferhadiye və Alaca Məscidləri bizim təşəbbüslərimizlə, Türkiyənin göstərdiyi köməkliklə yenidən istifadəyə verilir”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR