Dollar işarəsi necə yaranıb? – FOTOLAR

publika.az1464610609b1753711-32ea-4baf-850f-57f2f12d04ffSon vaxtlar dünyanın bir çox ölkələrində dolların bahalaşması bu pul vahidinə diqqəti artırıb. Lakin bir çoxlarının dollar – $  işarəsinin necə əmələ gəlməsi haqqında məlumatı yoxdur.

Publika.az xəbər verir ki, illər boyu bu haqda bir neçə nəzəriyyə ehtimal edilib.

Ən çox qəbul edilən mənbəyə əsasən ($) işarəsinin yaranması 1700-ci illərin sonlarında Amerikada inqilab dövründə əsas mübadilə vahidi kimi istifadə edilmiş İspan pesosuna köklənir. O zamana aid əlyazma sənədləri göstərir ki, Amerikada peso – PS işarəsi kimi qısaldılıb.

Güman edildiyinə görə, zaman keçdikcə bu qısaldılmış işarədə tez-tez S hərfi P hərfinin üstündə yazılıb. Bu isə $ simvolunun əmələ gəlməsinə gətirib çıxardıb. $ simvolu 1800-ci ildən sonra ilk dəfə sənədlərin çap versiyalarında ortaya çıxıb.

Habelə 1875-ci ildə ilk ABŞ kağız əskinazında dolların nəşr edilməsinə qədər ümumi istifadədə olub.m.php

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR