Dövlət Komitəsinin sədri verdiyi sözü yerinə yetirmir?

222a69fa-f857-4a83-b908-d6889f4c6c08Ötən il avqustun 5-də kavkaznews.az “Dövlət komitəsi uşaqların problemləri ilə məşğul olacaq” başlıqlı yazı dərc olunmuşdu.

Məqalədə Bakı sakini Həqiqət Tağıyevanın “Mambo Beach Club” istirahət mərkəzinin dəniz kənarında pullu çimərlik yaratması haqda müraciətindən söz açılırdı.

H.Tağıyeva Kavkaznews.az-a bildirib ki, 30 manat müqabilində orda yaradılan hovuzdan istifadə etməyə imkan verilir.

O, həmçinin bildirib ki, yuxarıda göstərilən məbləğ 7 yaşına çatmayan uşaqlardan da götürülür.

“Mambo Beach Club”un xanım əməkdaşı bizə bildirdi ki, həftənin adi günləri istirahət mərkəzinə girmək üçün 25 manat ödəmək lazımdır.

“İstirahət günləri isə bu məbləğ 30 manata çatır. Ailəvi istirahət zamanı, yeddi yaşına qədər bir uşaq “Mambo Beach Club”a daxil ola bilər”, – deyə əməkdaş bildirib.

“Bakı Şəhər İcra Hakimiyyətinin istirahət mərkəzlərinə daxil olmağa görə pul alınmasını qadağan edən əmri var.  Pul ancaq istirahət mərkəzlərində göstərilən xidmətə görə alına bilər”, – deyə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Bakı meriyasının sözçüsü Nailə Məmmədova Eyyub Hüseynovun bəyanatını təsdiqləyib.

“İstirahət mərkəzinə giriş ödənişsiz olmalıdır”, – deyə mətbuat katibi bildirdib.69b00dd027884e2b188c9a998e745c45-16072015-1528-mambobeach-1000x10001-1

Əgər Azad İstehlakçılar Birliyinin (AİB) sədri  ilə Bakı meriyası sözçüsünün açıqlamaları həqiqətə uyğundursa, o zaman “Mambo Beach Club”un girişə görə ödəniş tələb etməsi vətəndaşların, xüsusilə də uşaqların istirahət hüquqlarının pozulması deməkdir.

Bu halda biz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  sədri Hicran Hüseynovanın fikrini öyrənməyə çalışdıq. Komitəyə uşaqların istirahət hüququnun pozulması məlumdurmu?

“Biz elə elə hazırda bu və digər məsələri müzakirə edirik. Siz ən yaxşısı informasiya şöbəsinə müraciət edin”, – deyə Hicran Hüseynova bildirdi.

Biz bilmirik komitədə məsələlərin müzakirəsi necə bitdi, amma müxtəlif istirahət mərkəzlərində giriş üçün pul götürülməsi çimərlik mövsümü bitənə qədər davam etdi.

Qarşıdan növbəti çimərlik mövsümü gəlir. Biz öyrənməyə çalışdıq ki, Ailə, Qadın və Uşaq Problemləri Komitəsi çimərliklərdə pul alınması ilə bağlı konkret fikrə gələ bilibmi?

Biz yenidən Hicran Hüseynovaya müraciət etdik. Bizə komitə sədrinin köməkçisi cavab verdi (ad-soyadını təqdim etmədi – red.).

“Bu sualın bizlə əlaqəsi yoxdur. Bəlkə, özəl çimərliklərdə pul alırlar?

“Azərbaycanda özəl çimərlik yoxdur”, – deyə xatırlatdıq.

“Onda mən bilmirəm. Sizin zənginiz haqda Hicran xanıma məlumat verəcəyəm”, – deyə həmin xanım cavablandırdı.

Meriya sözçüsü Nailə Məmmədova bizə yenidən bildirdi ki, çimərliklərə daxil olmağa görə pul almaq qadağandır.

“Bu, o mənaya gəlir ki, çimərliklərdə çimməyə görə pul alınmayacaq?”, – deyə soruşduq.

“Bu sualla yerlərdəki icra hakimiyyətlərinə müraciət edin”, – deyə N.Məmmədli cavab verdi.

eyub-h-seynov11-300x279-1Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, bu il də əvvəlki illərdə olduğu kimi çimərliklərdə pul alınacağı fikrindədir.

O, bir neçə ölkədə olduğunu qeyd edib: “Hətta Afrikada da olmuşam. Dünyanın heç bir ölkəsində dəniz kənarı çəpərlənmir. Bu hal ancaq Azərbaycanda müşahidə olunur”.

Eyyub Hüseynovun  sözlərinə görə, məmurların “krışa”lıq etdiyi bəzi sahibkarlar üçün çox münbit şərait yaradılıb.

“Bu sahibkarların hərəkətlərinə dair şikayətlərə isə yerli icra orqanları sadəcə məhəl qoymur. Onlar da öz növbələrində istehlakçıların hüquqlarını pozurlar”, – deyə AİB sədri vurğulayıb.

R.Həsənoğlu

 Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR