Dubayda bütün yaşayış binalarının səviyyəsini hotellərdə olduğu kimi ulduzlarla qiymətləndirəcəklər

a9560f31-f718-4661-9974-e396c3566b21_292Dubayda bütün yaşayış binalarının səviyyəsini hotellərdə olduğu kimi ulduzlarla qiymətləndirəcəklər. “Report” xəbər verir ki, bu barədə “National” qəzeti yazıb.

Nəşrin məlumatəna görə, BƏƏ-də göydələnlər və çoxmərtəbəli yaşayış binaları bundan sonra 1-5 arası ulduzla fərqləndiriləcək. Bu isə sakinlərin təhlükəsizliyini və onlara göstərilən xidmətin səviyyəsini artırmağa yardım etməlidir.

Qəzetin yazdığına görə, bələdiyyə 20 mindən çox torpaq sahəsinin və 120 min daşınmaz əmlak obyektinin artıq müvafiq ekspert qiymətləndirməsindən keçdiyini bildirib. Mütəxəssislər bütün bu yerlərə baş çəkib, şəkillər çəkib və yanğın təhlükəsizliyinin, xidmət səviyyəsinin qiymətləndirməsini həyata keçirib. Məlumatda qeyd olunub ki, çox yaxın gələcəkdə Dubayda daşınmaz əmlak bazarında yekun qiymətlər ictimaiyyət üçün əlyetərli olacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR