Dünya bazarında neftin qiyməti bahalaşmaqda davam edir

e80b5e50-73e2-43b7-b0be-0ef00395ddd7_292London və Nyu-York birjalarında keçirilən elektron hərraclar zamanı neftin qiymətində artım müşahidə olunub.

“Report” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin iyun fyuçersləri 0,77%, yaxud 0,34 dollar artaraq bir barel üçün 44,66 dollar təşkil edib.

Londonun “ICE Futures” birjasında isə “Brent” markalı neftin iyul qiymətləri 0,69% və ya 0,31 dollar artaraq bir barelə görə 45,32 dollara bərabər olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR