“EBay” dünyada ilk VR-mağaza açdı

5b9c18f40e36d504dfc0f809bd10362dABŞ-ın “eBay” korporasiyası Avstraliyanın “Myer” riteyl şirkəti ilə birgə dünyada ilk virtual reallıq mağazasını istifadəyə verib.

İKT.lent.az-ın “Mashable” nəşrinə istinadən məlumatına görə, layihə mayın 18-də fəaliyyətə başlayıb.

“eBay”ın “Virtual Reality Department Store” əlavəsi xüsusi eynəklərin köməyi ilə mağazaya düşməyə imkan verir. Bu mağaza “Andoid” və iOS əməliyyat sistemləri ilə işləyən cihazları dəstəkləyir. Özünə smartfon ala bilməyənlərə isə şirkət pulsuz olaraq “Google Cardboard” təqdim edəcək.

Bundan başqa, xüsusi olaraq virtual reallıq alış-verişi etmək üçün “eBay Sight Search” sistemi tərtib edilib. Bu sistem baxış vasitəsilə mağazada hərəkət etmək imkanı verəcək. İkili klik isə burada zəruri link və ya məntəqəyə iki saniyəlik baxışı əvəz edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR