“Elm haqqında” qanun layihəsi II oxunuşda qəbul edildi

1463484752_0001Milli Məclisin bu gün keçirilən plenar iclasında “Elm haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, layihə barədə məlumat verən Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, layihənin ən sonuncu variantı Azərbaycan elmi qarşısında qoyulan vəzifələri, müasir çağırışları yerinə yetirməyə imkan verir.

İ.Həbibbəyli deyib ki, qanun layihəsinə təklif edilən əlavə və dəyişiklikşər bu gün müzakirəyə çıxarılan variantda nəzərə alınıb.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq II oxunuşda qəbul edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR